Naxçıvanda Amnistiya aktının icrasına başlanılıb
Far.Az xəbər saytı

Naxçıvanda Amnistiya aktının icrasına başlanılıb


Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının icrasına Naxçıvanda başlanılıb.

"Far.Az"un yerli bürosu xəbər verir ki, Amnistiya aktının icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Qarışıq Rejimli cəzaçəkmə müəssisində həyata keçirilir.

Qeyd edək ki, Naxçıvanda amnistiya aktı 128 məhkuma şamil edilib. Ümumi olaraq, 57 nəfər azadlığa buraxılacaq. Bu gün amnistiya aktı icrasında 15 nəfər azadlığa buraxılır ki, onlardan 6 nəfəri əcnəbi vətəndaşdır. Bunlardan 2-i türkiyə, 2-i iran, 2-i isə türkmənistan vətəndaşıdır.

Qeyd edək ki, azadlığa buraxılan məhkumıardan biri qadındır.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Amnistiya aktının Ədliyyə Nazirliyində icrası həyata keçirilir - YENİLƏNİB 2
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
Reysə çıxan hər bir sürücü tibbi rəy əsasında xəttə buraxılır!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər