Leyla Əliyevanın rəsm əsərləri əsasında musiqili rəqəmsal şou təqdim olunub
Far.Az xəbər saytı

Leyla Əliyevanın rəsm əsərləri əsasında musiqili rəqəmsal şou təqdim olunub


Bakıda "Torpağın Səsi" (Sound of Land) platformasının hazırladığı audiovizual performans təqdim olunub.

Mədəniyyət Nazirliyindən "Report"a verilən xəbərə görə, "Zaman dairəsindən çıx, sevgi dairəsinə daxil ol" adlı rəqəmsal şou izləyiciləri musiqi, animasiya və vizual sənətin vəhdətində mənəvi bir səyahətə aparıb.

Performansın vizual əsası Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şair Leyla Əliyevanın rəsmlərinə əsaslanıb. Əsərlərdə sevgi, təbiətlə vəhdət və daxili işıq birlikdə simvolizə edilib.

Ruminin fəlsəfəsindən ilhamlanan bu kompozisiyanın vizual konsepsiyası Azərbaycanın Əməkdar rəssamı, "Atəş Hub"un təsisçisi Səbinə Şıxlinskaya tərəfindən hazırlanıb.

Musiqi və səs konsepsiyasının müəllifi DJ Orxan Ağayev (DJ Pancho), səs dizaynı üzrə Teymur Qasımov, animasiya və hərəkətli qrafika üzrə isə Nigassandra və Renan Asədov çıxış ediblər.

"Torpağın Səsi" platforması türk dünyasının etnik musiqi motivlərini elektron janrlarla sintez edərək yeni yaradıcılıq imkanları yaradır.

Layihə 2023-cü ildə "Yaradıcı Azərbaycan" təşəbbüsünün dəstəyi ilə yaradılıb və qısa müddətdə beynəlxalq səviyyədə tanınıb. 2025-ci ildə isə platforma "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025" çərçivəsindəki təqdimatı ilə daha geniş auditoriyaya çıxış edib.

Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə 5–11 dekabr tarixlərində keçirilən "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025" çərçivəsində reallaşan bu audiovizual performans rəqəmsal incəsənətin və musiqinin vəhdətini nümayiş etdirərək, gənc yaradıcılar üçün yeni ifadə imkanları təqdim edib və "Bakı Yaradıcı Həftəsi – 2025"in yadda qalan anlarından birinə çevrilib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakı Kitab Mərkəzində "Zəfər sevinci" adlı musiqili-ədəbi gecə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər