Baş nazir: Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi obyektiv səbəblərdən bir qədər azalıb
Far.Az xəbər saytı

Baş nazir: Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi obyektiv səbəblərdən bir qədər azalıb


Son zamanlar Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi obyektiv səbəblərdən bir qədər azalıb.

"Far.Az"un məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 2025-ci ilin 11 ayında 7,5 % azalma qeyd olunub (5.2 mlrd. $).

"Türkiyə Azərbaycanın həm idxalda (3-cü), həm ixracda (2-ci), həm də ikitərəfli ticarət dövriyyəsində (2-ci) əsas tərəfdaşlarından biridir. Bu rəqəmlər heç də ölkələrimizin inkişaf templərinə cavab vermir. Mövcud iqtisadi potensialımız və coğrafi üstünlüklərimiz göstərir ki, ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real və istifadə olunmamış imkanlar mövcuddur. Ticarət dövriyyəsinin artırılması strateji əhəmiyyət daşıyır və əminəm ki, bu gün biz bu barədə ətraflı danışacağıq".

Oxşar xəbərlər

Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib
Almaniyada bakılı polisindən maraqlı AÇIQLAMALAR - Son zamanlar...
Baş nazir Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunun açılış mərasimində iştirak edib
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər