Azərbaycanda kommunal xidmətlərlə bağlı 2026-cı il üzrə Yol Xəritəsi hazırlanıb
"Business Ready" hesabatının "Kommunal xidmətlər (elektrik)" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsi layihəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyaya təqdim edilib.
"Far.Az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Elektrik təchizatı şəbəkələrinə qoşulma" İşçi qrupunun onlayn formatında keçirilən iclasında qərar qəbul edilib.
İclasda 2025-ci il üzrə Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub, cari il üzrə qarşıya qoyulmuş bütün hədəflərə çatıldığı qeyd edilib.
İşçi qrupun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev gündəlikdə duran məsələlərə dair məlumat verib, həmin məsələlərin ən optimal formada icrasına diqqət çəkib.
Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankının "Business Ready" hesabatının "Kommunal xidmətlər (elektrik)" indikatoru ilə bağlı həyata keçirilmiş tədbirlər və əldə edilmiş nəticələr barədə danışıb. Həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də kommunikasiya işləri istiqamətində tədbirlərin istehlakçı məmnuniyyətini artırdığını, biznes mühitini daha da yaxşılaşdırdığını qeyd edib.
İşçi qrupun rəhbərinin müavini, "Azərişıq" ASC-nin sədrinin birinci müavini Ramil Yusifov vurğulayıb ki, Dünya Bankının "Enterprise Survey 2024" nəticələrinə görə Azərbaycan 368 müəssisənin iştirakı ilə keçirilmiş sorğuda elektrik enerjisi ilə bağlı əsas indikatorlarda regionun bir çox ölkələrinə nisbətən daha yaxşı nəticələr nümayiş etdirib. Xüsusilə, elektrik kəsintilərinin tezliyi və davametmə müddəti üzrə göstəricidə ölkəmiz ən yüksək nəticəyə nail olub.
Qeyd edək ki, iclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "Azərişıq", Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və özəl sektor nümayəndələri iştirak edib.
Oxşar xəbərlər
Vüsal Şıxəliyev: "Elektrik şəbəkəsinə qoşulmadakı islahatlar beynəlxalq reytinqləri yaxşılaşdırıb"
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qrupunun geniş tərkibdə iclası keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
"Xilasedici" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq













