AQTA: Azərbaycan yüksək riskli məhsullar üzrə ixrac coğrafiyasını genişləndirib
Azərbaycan beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun istehsal hesabına yüksək riskli məhsullar üzrə ixrac coğrafiyasını genişləndirib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Əziz Şərifov Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forum çərçivəsində "Aqrar tərəfdaşlıq dayanıqlı inkişaf və qida təhlükəsizliyi" adlı paneldə deyib.
Onun sözlərinə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Azərbaycan ərazisini xırdabuynuzlu heyvanların taun xəstəliyindən və yüksək patogenli quş qripi xəstəliyindən azad ölkə kimi tanıyıb: "Bu status ölkənin yüksək riskli məhsullar üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırıb".
Ə.Şərifov bildirib ki, hazırda Azərbaycandan dünyanın 73 ölkəsinə müxtəlif qida məhsulları ixrac olunur: "ABŞ, Rusiya və bir sıra Avropa ölkələri daxil olmaqla, təxminən 20 ölkəyə yüksək riskli məhsullar, o cümlədən quşçuluq məhsulları göndərilir. Təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verən məhsullar üzrə ixrac prosedurlarının sadələşdirilməsi istiqamətində tərəfdaş ölkələrlə əməkdaşlıq davam etdirilir".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













