Muzey Mərkəzində təsviri sənət üzrə "Milli motivlər" adlı ustad dərsi keçirilib
Dekabrın 23-də Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən media nümayəndələri üçün təsviri sənət üzrə "Milli motivlər" adlı ustad dərsi keçirilib.
"Far.Az" xəbər verir ki, layihənin məqsədi milli mədəni irsin təbliği, ənənə və müasirliyin vəhdətinin nümayişi, ictimaiyyətin diqqətinin bu sahəyə yönəldilməsindən ibarətdir.
Peşəkar rəssam Məhərrəm Əlinin keçdiyi ustad dərsində iştirakçılara milli ornamentlərin, ənənəvi rəng həllərinin və Azərbaycan təsviri sənətinə xas motivlərin tətbiqi barədə məlumat verilib, praktiki nümunələr nümayiş etdirilib.
Ustad dərsi çərçivəsində media nümayəndələri rəsmlər çəkərək qabiliyyətlərini ortaya qoymağa çalışıblar. İştirakçılara öz ideyalarını ifadə etmək üçün hər cür şərait yaradılıb. Məhərrəm Əli yaradıcılıq prosesində diqqət edilməli məqamlar barədə öz tövsiyələrini verib.
Oxşar xəbərlər
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













