Liviyada 3 günlük milli matəm elan edilib
Ankarada Liviya hərbi heyətini daşıyan təyyarənin qəzaya uğraması ilə əlaqədar Liviyada 3 günlük milli matəm elan olunub. Qəza nəticəsində Liviya Ordusunun Baş Qərargah rəisi general Məhəmməd Əli əl-Həddad və onu müşayiət edən heyət həlak olub.
Far.Az xəbər verir ki, Ankara Esenboğa hava limanından Tripoliyə yola düşən təyyarə Haymana rayonunun Kesikkavak kəndi ərazisində dağlıq əraziyə düşüb. Hadisə ilə bağlı əraziyə jandarma, yanğınsöndürmə və təcili tibbi yardım qrupları cəlb edilib. Çətin relyef və palçıqlı şərait səbəbindən axtarışlar piyada aparılıb və təyyarənin qalıqlarına çatılıb.
Qəza ilə bağlı Ankara Respublika Prokurorluğu tərəfindən istintaqa başlanılıb. Araşdırma çərçivəsində bir baş prokuror müavini və dörd prokuror təyin edilib.
Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe həlak olanlar üçün başsağlığı mesajı verib. O bildirib ki, bu hadisə ölkə və Liviya Silahlı Qüvvələri üçün böyük itkidir.
Hökumətin açıqlamasına əsasən, 3 gün ərzində ölkə üzrə dövlət qurumlarında bayraqlar yarıya endiriləcək, rəsmi və bayram tədbirləri dayandırılacaq. Qeyd edilib ki, Baş nazir hadisənin araşdırılması üçün Türkiyə ilə birbaşa əlaqə məqsədilə Ankaraya rəsmi heyət göndərilməsi barədə göstəriş verib.
Oxşar xəbərlər
Türkiyədən ölkəsinə qayıdan Liviyanın Baş Qərargah rəisi təyyarə qəsasında həlak olub
Liviyanın Baş Qərargah rəisi olduğu təyyarə qəzaya düşüb, qalıqlar aşkarlanıb - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Türkiyə prokurorluğu Liviya təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













