Hikmət Hacıyev: Azərbaycanın Qəzzadakı sülhməramlı missiyada iştirakından danışmaq hələ tezdir
Far.Az xəbər saytı

Hikmət Hacıyev: Azərbaycanın Qəzzadakı sülhməramlı missiyada iştirakından danışmaq hələ tezdir


Hazırkı mərhələdə Azərbaycanın Qəzzada beynəlxalq sabitləşdirmə missiyasında iştirakından danışmaq hələ tezdir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Nikkei" nəşrinə bildirib.

H.Hacıyev qeyd edib ki, ABŞ Azərbaycana missiyaya qoşulmağı təklif edib, lakin hələ yekun qərar qəbul olunmayıb.

Prezidentin köməkçisi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi Qəzzadakı missiyanın döyüş əməliyyatlarının aparılması qaydaları, fəaliyyət proseduru və səlahiyyətləri barədə aydın məlumat vermir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində yanvar üçün qəbul cədvəli açıqlanıb
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində noyabr üçün qəbul cədvəli açıqlanıb
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər