Bəşəriyyətin yadplanetlilərlə qarşılaşacağı təxmini zaman açıqlanıb
Kosmologiya sahəsində aparıcı britaniyalı ekspert bəşəriyyətin yaxın yarım əsr ərzində yadplanetli həyatla qarşılaşacağını bəyan edib.
"Report" xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri yazıb.
Elmlər doktoru və teleaparıcı Meqqi Aderin-Pokok Kral İnstitutunun Milad mühazirələri ərəfəsində çıxış edərək yadplanetli sivilizasiyanın aşkar olunmasının 2075-ci ilə qədər baş verəcəyini proqnozlaşdırıb. Lakin o xəbərdarlıq edib ki, Stiven Spilberqin "Yadplanetli" (E.T.) filmindəki kimi humanoidlə qarşılaşmaq gözləntiləri özünü doğrultmaya bilər. Onun fikrincə, daha çox ehtimal olunan kəşf "boz selik" kimi bir şey olacaq.
"Boz selik tapacağımız ən ehtimal olunan şeydir", - deyə Aderin-Pokok bildirib. Bununla belə, o, kommunikasiya texnologiyaları Yer kürəsindəkiləri əhəmiyyətli dərəcədə üstələyən yüksək inkişaf etmiş yadplanetlilərlə təmas imkanını da istisna etmir.
Kosmoloq öz optimizmini Dreyk tənliyinə və müşahidə olunan kainatdakı planetlərin nəhəng sayına əsaslandırır ki, bu da Yer kürəsindən kənarda həyatın statistik ehtimalını hədsiz dərəcədə artırır. O xüsusilə atmosferində artıq mümkün biomarkerlərin aşkar edildiyi "K2-18b" ekzoplanetinin öyrənilməsinə böyük ümidlər bəsləyir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













