Sumqayıtda 1000 abonentin qaz təchizatında fasilə yaranacaq
Far.Az xəbər saytı

Sumqayıtda 1000 abonentin qaz təchizatında fasilə yaranacaq


Bu gün Sumqayıt şəhərində 1 000 abonentin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Far.Az"un yerli bürosuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.

Məlumata görə, Sumqayıt şəhəri Ceyranbatan BTZ bağları ərazisində yerləşən diametri 89 mm olan qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq, bu gün saat 13:00-dan etibarən qeyd olunan ərazidə 1 000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Təmir işləri başa çatdırıldıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa olunacaq.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər