Həndbol üzrə Azərbaycan I Liqasında iştirak edəcək komandalar müəyyənləşib
Həndbol üzrə Azərbaycan I Liqasında iştirak edəcək komandalar müəyyənləşib.
Bunu "Far.Az"a açıqlamasında Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov deyib.
Qurum rəsmisi əlavə zona yarışlarının keçiriləcəyini də vurğulayıb:
"Hazırda Azərbaycanın Yüksək Liqalarında 6 kişi və eyni sayda qadın komandaları mübarizə aparır. Növbəti ildən kişilər və qadınlar arasında yeni yarış - I Liqa təşkil edəcəyik. Bu liqada 6 kişi ("Neftçi", "Qazax", "Mingəçevir", "Gəncə", "Göygöl", "Cənub"), 4 qadın ("Bakı-2", "Tovuz", "Gəncə", "Göygöl") komandası iştirak edəcək. Ümumiyyətlə, Azərbaycan çempionatlarında 12 kişi, 10 qadın komandası olacaq. Zona birinciliyi də keçiririk. Daha bir neçə zona yarışları təşkil olunacaq. Rayonlarda 13-14 yaşadək həndbolçular yarışlarda mübarizə aparacaqlar".
İ.Əsgərov regionlarda komandaların sayının çoxaldığını bildirib:
"Bu gün bir sıra bölgələrimizdə - Mingiçevir, Qazax, Gəncə, Göygöl yeni layihələrə başlamışıq. Bundan əlavə, cənub zonasında - Lənkəran, Astara və Lerikdə böyük işlər gedir. Yeniyetmə həndbolçuların hazırlığı ilə məşğul oluruq. Bakıda yalnız "Nəsimi" və "Təhsil" idman məktəblərində həndbol bölməsi qalıb və orada cəmi bir neçə məşqçi fəaliyyət göstərir. Bu, ən böyük problemlərdəndir. Amma onları aradan qaldırmağa çalışırıq, məşqçilərlə bağlı tələblərimiz var. Yaxın 4 ildə məşqçilərimizin sayının çoxalacağını düşünürük. Əsas çatışmazlıq odur ki, idman məktəblərinin əksəriyyətində həndbolla bağlı bölmə yoxdur".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Rusiya Kiyevi "İsgəndər" raketləri ilə vurub
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk
-
"Siemens Energy" Transxəzər yaşıl enerji dəhlizi layihəsinə qoşulur
-
Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"













