Zelenski: Umerov bu gün Uitkoff və Kuşner ilə danışıqlar aparacaq
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bu gün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner ilə danışıqlar aparacaq.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında Uitkofla söhbətinin nəticələri ilə bağlı məlumat verərkən qeyd edib.
"Bu gün Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner ilə çox yaxşı söhbətimiz oldu. Konstruktiv yanaşma, intensiv iş, eləcə də Milad bayramı münasibətilə ukraynalılara xoş söz və təbriklərə görə təşəkkür edirəm. Biz Rusiyanın Ukraynanya qarşı apardığı bu amansız müharibənin sonunu yaxınlaşdırmaq və bütün sənədləri etibarlı etmək üçün 24/7 rejimində işləyirik", - Zelenski yazıb.
Zelenskinin sözlərinə görə, söhbət zamanı bir sıra əhəmiyyətli detallara toxunulub, həmçinin ümumi nəticəyə və davamlı sülhə kömək edə biləcək ideyalar müzakirə olunub. O həqiqi təhlükəsizliyin, bərpanın və uzunmüddətli sülhün təkcə Ukrayna üçün deyil, həm də ABŞ, Avropa və Kiyevə dəstək verən bütün tərəfdaşlar üçün prioritet olduğunu vurğulayıb. O, Milad günündə müzakirə olunan razılaşmaların və təşəbbüslərin gələcək işdə faydalı olacağına ümid etdiyini bildirib.
Zelenski həmçinin qeyd edib ki, söhbətdə Rüstəm Umerov, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Andrey Qnatov, xarici işlər naziri Andrey Sibiqa, XİN başçısının birinci müavini, Prezident Ofisinin rəhbər, həmçinin diplomatik komandanın digər nümayəndələri iştirak ediblər.
"Nəticəyə yaxınlaşdıracaq hər bir günü və imkanı itirməməyi düzgün hesab edirik. Qoy bugünkü söhbət sülhə doğru daha bir addım olsun", - o əlavə edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zelenskinin Berlində Uitkofla danışıqları sabah davam edəcək - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Merts Zelenski və Uitkoffla keçirilən görüşü tərk edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













