"Qarabağ"ın rəqibi ötən mövsüm azarkeşlərinə görə ən çox cərimələnən klublardan olub
Far.Az xəbər saytı

"Qarabağ"ın rəqibi ötən mövsüm azarkeşlərinə görə ən çox cərimələnən klublardan olub


"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Ayntraxt" (Almaniya) 2024/2025 mövsümündə azarkeşlərin davranışlarına görə ən çox cərimələnən klublardan olub.

"Far.Az"un "Kicker"ə istinadən məlumatına görə, Frankfurt komandası Almaniya Futbol İttifaqı (DFB) tərəfindən ümumilikdə 764 min avrodan çox cərimələnib.

"Ayntraxt" bu göstəricidə ikinci olub. DFB-nin ötən mövsüm ən çox cərimələdiyi klub isə "Köln"dür. Həmin vaxt II Bundesliqada çıxış edən eyniadlı şəhərin təmsilçisi 900 min avrodan çox ziyana düşüb. Ən çox cərimələnən üçüncü komanda isə "Hamburq" (623 min avrodan çox) olub.

Qeyd edəki ki, Almaniyada ötən mövsüm ümumilikdə 56 klub 12 milyon avrodan çox cərimələnib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Almaniyada bakılı polisindən maraqlı AÇIQLAMALAR - Son zamanlar...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər