Qış mövsümündə Bakı aeroportundan 70-dən çox istiqamətə uçuşlar həyata keçirilir
Heydər Əliyev Beynəlxalq Aeroportu qış mövsümündə Avropa, Yaxın Şərq, Asiya, MDB və regional istiqamətləri əhatə edən geniş uçuş şəbəkəsi ilə Bakını beynəlxalq hava nəqliyyatı sisteminə bağlamağa davam edir.
Bu barədə "Far.Az"a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, hazırda hava limanından 35-ə yaxın aviaşirkət vasitəsilə 70-dən artıq beynəlxalq və regional istiqamətə müntəzəm reyslər yerinə yetirilir. Mövcud uçuş şəbəkəsi turizm, biznes və tranzit səyahətləri üçün çevik və etibarlı imkanlar yaradır.
• Türkiyə istiqamətləri üzrə İstanbul, Antalya, İzmir, Ankara, Mersin və Trabzon şəhərlərinə uçuşlar həyata keçirilir.
• Yaxın Şərq regionu üzrə Dubay, Şarja, Əbu Dabi, Doha, Küveyt, Bəhreyn, Ciddə və Dammam, eləcə də istirahət məqsədli səyahətlər üçün Şarm əl-Şeyx və Male istiqamətləri mövcuddur.
• Avropa marşrutları üzrə London, Paris, Berlin, Frankfurt, Roma, Milan, Vyana, Barselona, Budapeşt, Varşava və Praqa şəhərlərinə müntəzəm reyslər icra olunur.
• Mərkəzi və Cənubi Asiya istiqamətləri üzrə Daşkənd, Səmərqənd, Ürgənc, Bişkek, Düşənbə, həmçinin Çinin Pekin və Urumçi şəhərlərinə uçuşlar qış mövsümündə də davam etdirilir.
Qeyd olunan istiqamətlər üzrə uçuşlar AZAL, "Turkish Airlines", "Air Astana", "FlyArystan", "Air Arabia", "Lufthansa", "Qatar Airways", "China Southern", "Wizz Air", "Polish Airlines" və digər aparıcı beynəlxalq aviaşirkətlər tərəfindən yerinə yetirilir.
Sərnişinlər qeyd olunan istiqamətlər üzrə aviabiletləri müvafiq aviaşirkətlərin rəsmi internet saytları vasitəsilə bron edə bilərlər.
Heydər Əliyev Beynəlxalq Aeroportu mövsümdən asılı olmayaraq geniş marşrut şəbəkəsi və beynəlxalq tərəfdaşlıqları ilə regionda hava nəqliyyatı əlaqələrinin gücləndirilməsinə və sərnişinlər üçün rahat səyahət imkanlarının artırılmasına töhfə verməyə davam edir.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Növbəti 2 günlə bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Bu gün də Qurban müəllimin yanındayam" - Tahir Gözel













