Region Liqası komandası azarkeşlərinin rəqibə hücumuna görə texniki məğlubiyyət alıb
Far.Az xəbər saytı

Region Liqası komandası azarkeşlərinin rəqibə hücumuna görə texniki məğlubiyyət alıb


AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "Xıdırlı" komandasına texniki məğlubiyyət verib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "Viləş"lə oyunun yarımçıq dayandırılması səbəb olub.

Sözügedən matçda azarkeşlər meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstəriblər. Nəticədə təhlükəsizlik tam təmin olunmadığına görə görüş yarımçıq dayandırıldığı üçün "Xıdırlı" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni turnirdəki "İstiqlal" kollektivi də bu halla üzləşib. Komanda "Sabirabad"la dueldə meydanda olmadığından 0:3 hesablı məğlubiyyət alıb.

Region Liqasında "Hacıqabul" isə "Ucar"la matçda həkim təyin olunmadığı üçün eyni cəza ilə üzləşib.

Bundan əlavə, U-15 Liqasında "Xudat" "Kəpəz"lə oyunda, "Qəbələ" isə "Alfa" ilə qarşılaşmada meydana çıxmadığına görə texniki məğlubiyyət alıb.

Oxşar xəbərlər

AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
FHN Qəbələ aeroportunda təlim keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər