Azərbaycan Premyer Liqasında çıxış edən klublar cərimələnib
Far.Az xəbər saytı

Azərbaycan Premyer Liqasında çıxış edən klublar cərimələnib


Misli Premyer Liqasında çıxış edən klublar cərimələnib.

Far.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna çempionatın XVI turunda yaşananlar səbəb olub.

"Kəpəz" "Turan Tovuz"la oyunda meydana kənar şəxslərin daxil olmasına görə 2500 manat ziyana düşüb. Gəncə təmsilçisi azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 7000 manat cərimələnib.

"Karvan-Yevlax" isə "Neftçi" ilə görüşdə beş oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. Həmin matçdan sonra meydana kənar şəxslərin daxil olması ucbatından bölgə klubu 5000 manat cərimə edilib. "Neftçi" azarkeşləri ilə oyunun sonlarında meydana kənar əşya atıblar və "ağ-qaralar"ı 4000 manat ziyana salıblar. Paytaxt komandasının tərəfdarları qarşılaşma bitəndən sonra isə rəqibin avtobusuna zərər vurublar və dəymiz zərər rəqib tərəfindən qarşılanacaq.

"Araz-Naxçıvan" isə 2000 manat cərimələnib. Buna "Şamaxı" ilə dueldə Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəlməsi səbəb olub.

"Sumqayıt" isə "Sabah"la matçda beş futbolçusu sarı vərə ilə cəzalandığı üçün 700 manat ödəcəyəcək.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
"Qarabağ" azarkeşlərinə görə cərimələnib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər