Problemli kreditlərin həcmi yenidən ARTDI - Çıxış yolu nədir?
Bu ilin 10 ayında ölkədə problemli kreditlərin həcmi 805.5 milyon manata çatıb. Nəzərə alsaq ki, ilin son iki ayının nəticələri hələ açıqlanmayıb, bu məbləğin artacağı istisna edilmir. Məlumata görə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14.5 faiz çoxdur. Beləliklə, son bir il ərzində problemli kreditlərin həcmi təxminən 102 milyon manat artıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, bu ilin yay aylarınadək bankların kredit şərtlərini nisbətən sadələşdirməsi və faiz dərəcələrinin artması problemli kreditlərin həcminə təsir göstərib.
İpoteka kreditləri üzrə problemli kreditlərin həcmində isə bu il azalma qeydə alınıb. Belə ki, ilin əvvəlində ipoteka kreditləri üzrə qeyri-işlək borcların həcmi 34 milyon manat olduğu halda, ötən ayın əvvəlində bu göstərici 32.1 milyon manata enib. Bununla yanaşı, qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cüzi artım göstərib.
Xalid Kərimlinin fikrincə, bank sektorunda risklərin azaldılması istiqamətində tədbirlərin gücləndirilməsinə ehtiyac var.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Plastik kartla həyat: kredit kartı borcları niyə böyüyür?
Problemli kreditlərdən necə xilas ola bilərik?
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













