"Gəncə KOB evi" yaxın vaxtlarda istifadəyə veriləcək
Far.Az xəbər saytı

"Gəncə KOB evi" yaxın vaxtlarda istifadəyə veriləcək


"Gəncə KOB evi" yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək.

Bu barədə "Far.Az" KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaranmasının 8 ili münasibəti ilə açıqladığı hesabatda deyilir.

Məlumata görə, "Gəncə KOB evi"nin təşkili üzrə işlər artıq tamamlanıb. Yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək.

Bildirilib ki, ötən 8 ildə KOB-lara göstərilən dəstək və xidmətlərin daha əlçatan olması məqsədilə Bakı şəhərini və ölkə regionlarını əhatə edən geniş infrastruktur şəbəkəsi formalaşdırılıb. Hazırda sahibkarlara vahid məkanda "G2B" və "B2B" xidmətlərin göstərildiyi KOB evləri Bakı, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir.

Ötən dövrdə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1,4 milyondan çox xidmət göstərilib.

Qeyd edək ki, KOBİA-nın fəaliyyətə başlamasından 8 il ötür. Azərbaycan Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Agentlik dövlət başçısının rəhbərliyi ilə sahibkarlığın, xüsusilə KOB sektorunun inkişafına göstərilən ardıcıl və sistemli dövlət dəstəyinin mühüm göstəricilərindən olmaqla ötən 8 ildə KOB sektorunun inkişafında institusional dayağa çevrilib.

Oxşar xəbərlər

KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından səkkiz il ötür
Gəncə şəhərinin marşrut şəbəkəsi yenidən formalaşdırılıb
KOBİA 8 ildə KOB-ların maliyyələşdirilməsinə ayrılan vəsaitin məbləğini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər