Polis avtobus sürücüsünün telefonunu ələ keçirən şəxsi saxladı
Far.Az xəbər saytı

Polis avtobus sürücüsünün telefonunu ələ keçirən şəxsi saxladı


Nizami rayonu Q.Qarayev prospektində "Daewoo" markalı sərnişin avtobuslarının birində naməlum sərnişin paytaxt sakini olan sürücünün 450 manat dəyərində mobil telefonunu soyğunçuluq edərək ələ keçirib.

BAKU.WS-in məlumatına görə, hadisədən sonra həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Sənan Quluzadə saxlanılıb. Həmin şəxsin törətdiyi hadisə təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər