Seymur Adıgözəlov: "Sənaye zonaları idxalın əvəz edilməsi baxımından əlverişli mexanizmdir"
Far.Az xəbər saytı

Seymur Adıgözəlov: "Sənaye zonaları idxalın əvəz edilməsi baxımından əlverişli mexanizmdir"


Sənaye zonaları Azərbaycanda istehsalın artırılması, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun Müşahidə Şurasının iclasında bildirib.

Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun idarəçiliyində olan sənaye zonalarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında 2025-ci il ərzində görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

S.Adıgözəlov vurğulayıb ki, Azərbaycanın qeyri-neft-qaz istehsalı və qeyri-neft-qaz ixracının əhəmiyyətli hissəsi sənaye zonalarının payına düşür: "Sənaye zonalarında dövlət tərəfindən yaradılmış əlverişli şərait, təklif olunan güzəştlər sahibkarlıq fəaliyyətini genişləndirir".

İclas çərçivəsində Agentliyin 2026-cı il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, təşkilati-struktur məsələləri müzakirə olunub.

Oxşar xəbərlər

İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər