Şəhid ailələri və müharibə əlillərinə daha 115 mənzil verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 115 mənzil verilib.
"Report" xəbər verir ki, mənzillər Bakı və Naftalan şəhərlərində, Abşeron, Sabirabad, Oğuz, Qax, Lənkəran, Astara, Zərdab, Ağcabədi, Göyçay, Ağdaş, Qazax, Yevlax və Kürdəmir rayonlarında yeni yaşayış binalarından təqdim edilib.
Bakıda 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev həssas əhali qruplarına aid vətəndaşlarla bağlı həyata keçirilən sosial müdafiə tədbirlərini diqqətə çatdırıb.
Bildirilib ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Qeyd olunub ki. Azərbaycanın böyük Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.
Postmüharibə dövründə bu kateqoriyalardan olan vətəndaşlara 7 mindən çox, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim olunub. Eyni zamanda, qeyd edilən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müavinət və təqaüdləri də orta hesabla 2 dəfədən çox artırılıb.
Oxşar xəbərlər
Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verilib
Bakıda Zəfər muzeyinin açılışı olub
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













