Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
Far.Az xəbər saytı

Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi


Birmarket istifadəçiləri üçün keçirilən lotereyanın nəticələri açıqlanmağa davam edir. Lotereya çərçivəsində növbəti böyük hədiyyə - Kia K5 Sport avtomobili rəsmi şəkildə qalibinə təqdim olunub.

İkinci avtomobilin qalibi Elvin Əliyev olub. O, Birmarket mobil tətbiqi vasitəsilə sifariş edərək lotereyada iştirak edib. Edilən alış-verişə görə ona avtomatik olaraq şanslar hesablanıb və qalib təsadüfi seçim əsasında müəyyən edilib.

Avtomobilin təqdimatı zamanı qalib Birmarket-də alış-veriş prosesinin rahat və istifadəçi üçün əlçatan olduğunu, lotereya mexanizminin isə sadə və anlaşılan şəkildə qurulduğunu qeyd edib.

Qeyd edək ki, lotereya çərçivəsində ilk avtomobil - Hyundai Sonata Hybrid - daha əvvəl Xeyri Qasımovaya təqdim olunmuşdu.

Xatırladaq ki, Birmarket lotereyasında iştirak şərtləri olduqca sadədir:

● Birmarket mobil tətbiqi vasitəsilə edilən hər 10 AZN-lik alış-verişə görə 1 şans verilir,

● Sifarişi təhvil məntəqəsindən götürən istifadəçilərə +10 əlavə şans təqdim olunur,

● Birmarket-də ilk dəfə alış-veriş edən yeni istifadəçilərə +10 əlavə şans verilir.

Birmarket marketpleysi üzərindən istifadəçilər elektronika, gözəllik ev üçün məhsullar daxil olmaqla geniş məhsul çeşidindən yararlana bilirlər.

Birmarket lotereyası davam edir və qarşıdakı dövrdə digər böyük hədiyyələrin də qalibləri elan olunacaq. Lotereya çərçivəsində Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobilin qalibi isə yaxın günlərdə açıqlanacaq.

Siz də Birmarket mobil tətbiqini yükləyərək alış-veriş edin, lotereyada iştirak edin və növbəti böyük hədiyyələrin qalibi olmaq şansını qaçırmayın.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
"Birmarket"in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Birmarket-in böyük lotereyasında ilk avtomobil qalibini tapdı.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər