SOCAR Rumıniyada 3 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada "SOCAR" brendi altında 3 yeni yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.
"Far.Az" xəbər verir ki, SOCAR-ın Rumıniyadakı törəmə müəssisəsi olan "SOCAR Petroleum SA" bu ölkənin Salaj, Suceava və Satu-Mare regionlarında açdığı məntəqələrlə YDM şəbəkəsini 91-ə çatdırıb.
"SOCAR Petroleum SA"nın Baş direktoru Ramin Əliyev bildirib ki, SOCAR Rumıniyada investisiya layihələrini uğurla həyata keçirərək bu ölkədə YDM şəbəkəsini genişləndirməkdə davam edir.
"2025-ci il SOCAR üçün biznes baxımından uğurlu il olub. Biz Rumıniyada YDM şəbəkəmizi genişləndirdik. Cari ildə 9 yeni YDM açmağı planlaşdırırdıq, amma ili 14 məntəqə ilə başa vururuq. 2026-cı il üçün də 100 YDM həddini aşmaq kimi iddialı planımız var. Məqsədimiz SOCAR-ın Rumıniya yanacaq bazarındakı mövqeyini daha da gücləndirməkdir."- deyə Baş direktor R. Əliyev bildirib.
Hər bir "SOCAR" brendli yanacaqdoldurma məntəqəsində olduğu kimi bu məntəqələrdə də müştərilərə benzin (Nano 95, Nano 98) və dizel yanacaqları (Nano Dizel, Nano Super Dizel), həmçinin məntəqənin ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin "Made in Azerbaijan" brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq məntəqələrdə Azərbaycan guşəsi yaradılıb. SOCAR-ın ölkə üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayiş olunur.
Qeyd edək ki, SOCAR-ın Suceava regionunda 10, Salaj regionunda 3, Satu-Mare regionunda isə 2 yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Hazırda SOCAR Rumıniyanın 41 regionunun 30-da "SOCAR" brendli 91 YDM-ə malikdir.
Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış "SOCAR Petroleum SA" şirkəti vasitəsi ilə həyata keçirir. Şirkət 2024-cü ildə 3,6 milyard lei (təqribən 707 milyon avro) dövriyyəyə malik olub ki, bu da əvvəlki illə müqayisədə 33% çoxdur. Hal-hazırda Şirkətin ölkə üzrə 3 yanacaqsaxlama deposu mövcuddur. İndiyədək SOCAR Rumıniya iqtisadiyyatına 400 milyon lei (təqribən 78,4 milyon avro) həcmində investisiya yatırıb.
Oxşar xəbərlər
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













