Ukrayna millisinin müdafiəçisi karyerasını Almaniyada davam etdirə bilər
Far.Az xəbər saytı

Ukrayna millisinin müdafiəçisi karyerasını Almaniyada davam etdirə bilər


"Şaxtyor"un və Ukrayna millisinin müdafiəçisi Yuhim Konoplya karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

"Far.Az"un "Sport.ua"ya istinadən məlumatına görə, "Verder" klubu 26 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

Alman klubunun rəhbərliyi qış fasiləsi ərzində keçidi rəsmiləşdirməyə hazırlaşır. Ukraynalı oyunçunun bazar dəyəri 5 milyon avro qiymətləndirilir. Müdafiəçinin "Şaxtyor"la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Qeyd edək ki, Y.Konoplya 2025/2026 mövsümünün ilk yarısında meydana çıxdığı 19 oyunda iki qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Almaniyada bakılı polisindən maraqlı AÇIQLAMALAR - Son zamanlar...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər