Britaniya mərkəzi 2041-ci ilədək Azərbaycanda adambaşına düşən ÜDM üzrə artım proqnozunu açıqlayıb
Far.Az xəbər saytı

Britaniya mərkəzi 2041-ci ilədək Azərbaycanda adambaşına düşən ÜDM üzrə artım proqnozunu açıqlayıb


Britaniyanın İqtisadi və Biznes Araşdırmaları Mərkəzi (CEBR) 2025-ci ildə Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in 7 365 ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.

"Report" CEBR-ə istinadən xəbər verir ki, 2026-cı ildə bu göstərici 7 724 ABŞ dollarına çatacaq.

2030-cu ildə ÜDM göstəricisinin 9 120 min ABŞ dollarına, 2035-ci ildə 10 732 ABŞ dollarına, 2040-cı ildə isə 12 634 ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən, 2029-cu ildə Azərbaycanda əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 9 140 ABŞ dolları təşkil edəcək.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə əhalinin hər nəfərinə düşən ÜDM 11 356,4 manat təşkil edib ki, bu da təxminən 6 680 ABŞ dollarına bərabərdir.

Oxşar xəbərlər

CEBR: Növbəti 15 ildə Azərbaycanın ümumi iqtisadi artımı 43 % təşkil edəcək
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanlılar pulunu harada saxlayır? - STATİSTİKA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər