Emi Karlon: ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir
Far.Az xəbər saytı

Emi Karlon: ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir


ABŞ və Azərbaycan arasında münasibətlərdə mühüm inkişaf baş verib.

"Report" xəbər verir ki, bunu ABŞ-nin Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon "X" sosial media hesabında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan dilində yayımladığı video-təbrikində bildirib.

"Bu ilin iyun ayından Azərbaycana gəldiyindən bəri ölkələr arasında münasibətlərdə mühüm inkişaflar baş verib. Xüsusilə avqustun 8-də Vaşinqtonda Prezident Trampın ev sahibliyi ilə keçirilən Zirvə görüşü böyük əhəmiyyət daşıyır. Bu müddət ərzində bir çox dəyərli insanlarla tanış oldum. Bunlara Azərbaycan hökumətindəki həmkarlarım, azərbaycanlı tələbələr və biznes icmasından olan insanlar daxildir. Onların hər birinə dərin təşəkkürümü bildirirəm", - E.Karlon əlavə edib.

O həmçinin vurğulayıb ki, bu gün həmrəyliyin, sülhün və rifahın əhəmiyyətini bir daha xatırladır:

"Bu dəyərlər Azərbaycan və bütün Cənubi Qafqaz üçün olduqca vacibdir. ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir. Məqsədimiz daha təhlükəsiz, dinc və firəvan gələcək qurmaqdır".

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər