ADB: Orta Dəhlizin potensialının üzə çıxarılması sərhədlərarası fintexin inkişafını sürətləndirəcək
Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) potensialının üzə çıxarılması transsərhəd fintexin inkişafını stimullaşdıra, ticarət axınlarını artıra və iqtisadi inteqrasiyanı dərinləşdirə bilər.
"Far.Az" Asiya İnkişaf Bankının (ADB) hesabatına istinadən xəbər verir ki, dəhlizin rəqəmsallaşdırılması üçün transsərhəd məlumat mübadiləsi və rəqəmsal infrastrukturun idarə edilməsi üzrə razılaşdırılmış sazişlər tələb olunur. Bu sazişlər vaxtlı-vaxtında əlaqələndirmə və sektorlararası yanaşma ilə dəstəklənməlidir.
ADB qeyd edir ki, lisenziyaların qarşılıqlı tanınması mühüm rol oynayacaq və transsərhəd ticarət maliyyələşdirilməsi və açıq bankçılıq sahəsində "mBridge" və "Aperta" layihələri çərçivəsində tətbiq olunan yanaşmalarla əlaqələndirilə bilər. Hər iki layihə Gürcüstanın iştirakı ilə həyata keçirilir.
Bank hesab edir ki, TBNM ölkələri - Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Türkiyə arasında fintex əsaslı regional əməkdaşlıq CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı) çərçivəsində daha geniş kontekstdə maliyyə infrastrukturunun yeni elementi ola bilər.
"Orta Dəhliz konsepsiyası zamanla regiondakı digər ölkələr üçün cəlbedici fintex təklifinə çevrilə bilər. Orta Dəhliz boyunca fintex əsaslı regional əməkdaşlıq potensialı hətta sərhədlərarası fintex əməkdaşlığının real nəticələrinə şübhə ilə yanaşan dövlətlər üçün belə maraqlı ola bilər", - hesabatda qeyd olunur.
Bankın qiymətləndirmələrinə görə, Orta Dəhlizin yol xəritəsi çərçivəsində fintex əsaslı amillərin və tədbirlərin müəyyənləşdirilməsi sərhədlərarası tənzimləyici "sandbox"un yaradılması, cəlb edilmiş regional tənzimləyicilərin dairəsinin genişləndirilməsi və müvafiq regional forumlar vasitəsilə açıq bankçılığın ümumi prinsiplərinin təşviqi üçün başlanğıc nöqtəsi ola bilər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
Yelo Bank IX Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













