Qazaxda onlayn qumar oynayan şəxs cərimə olundu
Qazax rayonunda qumar oynayan şəxs inzibati məsuliyyətə cəlb edilib.
Far.Az "Teleqraf"a istinadla xəbər verir ki, 1996-cı il təvəllüdlü Əkbər Vəliyev (ad və soyad şərti verilib - red.) Qazax rayonu ərazisində "fastloto365.com" saytına daxil olaraq onlayn kazino oyunları oynayıb.
Məlum olub ki, Ə.Vəliyev 2025-ci ilin iyun ayından etibarən qanunsuz onlayn qumar oyunlarında iştirak edib. O, iyun ayının əvvəlindən "WhatsApp" tətbiqində fəaliyyət göstərən onlayn kazino kod və linklərinin satıldığı səhifələrin mövcudluğundan xəbər tutub və bu oyunlarda iştirak etməyə qərar verib.
O, "WhatsApp" tətbiqində kontakt siyahısında adını "K" kimi qeyd etdiyi onlayn kazino səhifəsinə qumar oynamaq istədiyini yazaraq ona bank kartı məlumatlarının göndərilməsini xahiş edib. Daha sonra "Cənub" adlı kazinonun bank hesabına pul vəsaiti köçürüb. Qarşı tərəf isə ona müxtəlif kodlar və "fastloto365.com" ünvanı da daxil olmaqla bir neçə link göndərib.
Göndərilən kod və linklər vasitəsilə Ə.Vəliyev onlayn kazino oyunlarında iştirak edib. Araşdırma zamanı müəyyən edilib ki, bu oyunlarda uduş tamamilə təsadüf və qeyri-müəyyənlik üzərində qurulub.
O, onlayn kazino oyunlarına hissə-hissə olmaqla ümumilikdə 500 manat pul vəsaiti yatırıb və bu məbləğin 300 manatını uduzub. Sonuncu dəfə "Cənub" adlı onlayn qumar səhifəsindən göndərilən link və kod vasitəsilə kazino oyunu oynayıb və 12 manat uduş əldə edib. Udduğu pulu isə ona təqdim edilən bank hesabına köçürüb.
Qazax Rayon Məhkəməsinin qərarı ilə Əkbər Vəliyev barəsində inzibati tənbeh tədbiri tətbiq olunub və o, 3 000 manat məbləğində cərimə edilib.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil edilməsinə icazə verilməsinin səbəbi açıqlanıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib













