Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək?
Far.Az xəbər saytı

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək?


Benzin və dizel yanacağında müşahidə olunan qiymət artımı taksi xidmətlərinin tariflərinə də təsir edə bilər.

Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, yanacaq qiymətlərindəki dəyişiklik, ümumilikdə, bir çox sahələrdə qiymətlərin paralel artımına səbəb olur. Artımın nisbətən az olmasına baxmayaraq, təsir etdiyi sahələrdə qiymət artımı qaçılmazdır.

Ekspertlərin sözlərinə görə, yanacağın bahalaşması daşıyıcı şirkətlərdə gediş haqqına birbaşa təsir edəcək. Lakin qiymət artımının ilk olaraq taksi xidmətlərində müşahidə olunacağı ehtimal edilir. Buna səbəb isə taksi xidmətlərinin əsasən özəl daşıyıcı şirkətlər tərəfindən göstərilməsidir.

Məsələ ilə bağlı taksi şirkətləri ilə əlaqə saxlanılıb. "Bolt" daşıyıcı şirkətindən bildirilib ki, hazırda tarif artımı ilə bağlı dəqiq qərar və ya rəsmi məlumat yoxdur. "Uber" şirkətindən isə qeyd edilib ki, müvafiq təhlillər aparıldıqdan sonra tariflərdə dəyişiklik olub-olmayacağına dair qərar veriləcək.

Oxşar xəbərlər

Həyat yoldaşını klipinə çəkən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Onlar Türkiyədə ilin ən yaxşıları oldular - SİYAHI
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər