Azərbaycan Gürcüstandan avtomobil alışını 39 % azaldıb
Far.Az xəbər saytı

Azərbaycan Gürcüstandan avtomobil alışını 39 % azaldıb


Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycana 197 milyon ABŞ dolları dəyərində 7 292 ədəd avtomobil ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq - 39 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 622 milyon ABŞ dolları dəyərində 103 989 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 18 % və 6,3 % çoxdur.

Bu ilin ilk 11 ayında Gürcüstandan Qırğızıstana 1 milyard 328 milyon ABŞ dolları dəyərində 38 902 ədəd, Qazaxıstana 735 milyon ABŞ dolları dəyərində 41 556 ədəd, Tacikistana 152 milyon ABŞ dolları dəyərində 7 009 ədəd, Özbəkistana 72 milyon ABŞ dolları dəyərində 2 433 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan bu il Gürcüstandan avtomobil idxalını 27 % azaldıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər