Qabon yığmasının fəaliyyəti dayandırılıb, məşhur futbolçusu heyətdən uzaqlaşdırılıb
Far.Az xəbər saytı

Qabon yığmasının fəaliyyəti dayandırılıb, məşhur futbolçusu heyətdən uzaqlaşdırılıb


Futbol üzrə Qabon yığmasının texniki heyəti, məşqçiləri buraxılaraq fəaliyyəti ikinci bildirişə qədər dayandırılıb.

"Far.Az" Afrika mətbuatına istinadən xəbər verir ki, buna səbəb komandanın Mərakeşdə təşkil edilən Afrika Millətlər Kubokundakı uğursuzluğu olub.

Bu barədə ölkənin idman işləri üzrə səlahiyyətli naziri Simplis - Dezir Mamboula elan verib. O, həmçinin iki aparıcı oyunçunun – Bruno Ekuele Manqa və Pyer-Emerik Obameyanqın komandadan kənarlaşdırıldığını bildirib.

Qeyd edək ki, F qrupunda Fil Dişi Sahili, Kamerun və Mozambiklə mübarizə aparan Qabon millisi qrup mərhələsində keçirdiyi bütün oyunlarda məğlub olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər