Cənubi Koreyanın sabiq prezidenti Yun Suk Yolun həbs müddəti daha 6 ay uzadıldı
Cənubi Koreyanın sabiq prezidenti Yun Suk Yolun həbsdə saxlanma müddəti daha 6 ay uzadılıb.
Far.Az-in "Yonhap" agentliyinə istinadən yaydığı məlumata görə, Seul məhkəməsi keçmiş dövlət başçısı ilə bağlı qərar verərək onun barəsində tətbiq olunan həbs qətimkan tədbirinin müddətinin artırılmasına hökm edib.
Məlumata əsasən, Yun Suk Yolun müvafiq dövlət qurumlarını – Müdafiə Nazirliyini və ya Baş Qərargahı məlumatlandırmadan Şimali Koreya istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsi barədə göstəriş verdiyi iddia olunur. Bu tapşırığın dron bölməsinin rəhbərinə verildiyi və hazırda istintaq çərçivəsində araşdırıldığı bildirilib.
İstintaq materiallarında sabiq prezidentin məqsədinin Şimali Koreyanı cavab reaksiyasına təhrik etmək və bunun fonunda ölkədə hərbi vəziyyət elan edilməsi üçün əsas yaratmaq olduğu irəli sürülür.
Qeyd edək ki, Yun Suk Yolun həbs müddəti əvvəlcə yanvarın 18-də başa çatmalı idi. Xatırladaq ki, o, ötən ilin dekabrında parlamentin impiçment qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.
Oxşar xəbərlər
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













