Avtomobil almaq üçün 30 min manatdan çox pul ödədi - Aldadıldığını iddia etdi
Far.Az xəbər saytı

Avtomobil almaq üçün 30 min manatdan çox pul ödədi - Aldadıldığını iddia etdi


Maşın almaq üçün 30 min manatdan çox ödəniş edən vətəndaş iki aydır avtomobili təhvil ala və ya ödənişini geri qaytara bilmədiyini deyir.

Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu iddia ilə müraciət edən Səid Əliyevin sözlərinə görə, oktyabr ayında o, "Autonova" adlı avtomobil satışı şirkətinə Çindən maşın sifariş etmək üçün ödəniş edib. Gecikmə olsa da, ona şirkət tərəfindən verilən GPS izləmə linki göndərilib. Müştəri avtomobilin gəlişini izlədiyi üçün 2 ay gözləyib.

Avtomobil almaq üçün 30 min manatdan çox pul ödədi - Aldadıldığını iddia etdi

Şikayətçi deyir ki, ona deyilən vaxt, yəni dekabrın 25-i çatanda məlum olub ki, əslində, GPS-də göstərilən izləmə yalandır, maşın heç yolda deyil.

Sözügedən şirkət sorğu ünvanlanan sorğulara cavab verməyib.

Şikayətçi onu da qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər