İsrailin Sərhəd Polisinin əməkdaşı Qüdsdə hücum nəticəsində yaralanıb
Far.Az xəbər saytı

İsrailin Sərhəd Polisinin əməkdaşı Qüdsdə hücum nəticəsində yaralanıb


Qüdsdə baş verən hücumda İsrailin Sərhəd Polisinin əməkdaşı yaralanıb.

"Far.Az"un məlumatına görə, bu barədə İsrail polisinin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, insident Qədim şəhərin müsəlmanların yaşadığı məhəlləsinə aparan Dəməşq qapısında baş verib. 20 yaşlı polis əməkdaşı hücuma məruz qalıb, cinayətkar bıçaqla silahlanıb və ona yüngül xəsarət yetirib.

Zərərçəkənə tibbi yardım göstərilib, o, xəstəxanaya çatdırılıb və huşunu itirib. Onun həyatı üçün təhlükə yoxdur.

Mətbuat xidmətinin məlumatına görə, hücum edən şəxs digər sərhəd polisi tərəfindən yerindəcə güllələnərək öldürülüb.

Oxşar xəbərlər

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
İsrailin milli təhlükəsizlik naziri Təl-Əviv çimərliyində hücuma məruz qalıb
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Braziliya futbolçusu oyun zamanı huşunu itirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər