AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxt Bakıda gələcəyimiz olan uşaqlar üçün silsilə bayram şənlikləri keçirir.
"Far.Az" xəbər verir ki, uşaqların asudə vaxtının mənalı və maraqlı keçməsi məqsədilə təşkil edilən bayram tədbirləri balacalara xoş ovqat və unudulmaz xatirələr bəxş edir.
Zövqlə, al-əlvan işıqlarla və Yeni il atributları ilə bəzədilmiş şənlik məkanlarında xüsusi tərtibatda hazırlanan proqramlar uşaqların böyük marağına səbəb olub. Şaxta baba və Qar qızın səmimi zarafatları, uşaqlarla birlikdə yolka ətrafında rəqs etməsi balacalara sevinc bəxş edib.
Rəngarəng musiqi nömrələri, maraqlı səhnəciklər uşaqların bayram əhval-ruhiyyəsini daha da yüksəldib, azyaşlılar, xüsusilə də şəhidlərimizin bizə əmanət qoyduğu balacalar qayğı dolu mühitdə könüllərincə əylənib, sevincli anlar yaşayıblar.
Qeyd edək ki, Azərbaycan həmkarlar ittifaqları ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən uşaq evlərində, internat məktəblərində kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlar üçün də şənliklər təşkil edilir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Porsche Azərbaycandan uşaqlarla unudulmaz kartinq günü
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə ACTRAV arasında Bəyannamə imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













