"Araz-Naxçıvan"ın futbolçusu 300-cü oyununu keçirib
Far.Az xəbər saytı

"Araz-Naxçıvan"ın futbolçusu 300-cü oyununu keçirib


"Araz-Naxçıvan" klubunun futbolçusu Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.

"Far.Az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib.

Futbolçu “Kəpəz”lə ev görüşündə (1:0) əvəzolunmadan meydanda olub. O, ölkə çempionatları tarixinə 300 və daha çox oyun keçirən 28-ci futbolçu kimi düşüb. Premyer Liqada 2011/2012 mövsümündə debüt edən müdafiəçi 3 klubun formasını geyinib.

Futbolçu “Qəbələ”də 248, “Səbail”də 47, “Araz-Naxçıvan”da 5 dəfə şans qazanıb.

Qeyd edək ki, 300 matçda 7 qola imza atan U.Abbasov Qəbələ təmsilçisində 5, paytaxt klubunda 2 dəfə fərqlənib.

Oxşar xəbərlər

Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Bu günün valyuta məzənnələri
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
"Qarabağ"ın Avrokuboklardakı böyükhesablı qələbələri
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər