Vətəndaşlar sərhədkeçmə məlumatlarına artıq "mygov" platformasında baxa biləcəklər
Vətəndaşlara təqdim olunan rəqəmsal sənəd və məlumatların əhatə dairəsinin genişləndirilməsi məqsədilə "mygov" platformasında daha bir yenilik istifadəyə verilib. Artıq Azərbaycan vətəndaşları öz aktiv pasportları üzrə ölkədən çıxış və ölkəyə giriş məlumatlarını "mygov" platforması üzərindən əldə edə bilirlər.
Yenilik vətəndaşlara sərhədkeçmə məlumatlarını daha rahat və çevik şəkildə izləmək imkanı yaradır. Məlumat həm veb platformada, həm də mobil tətbiqdə əlçatandır.
Məlumatı əldə etmək üçün:
· Platformanın əsas səhifəsində "Xidmətlər" bölməsinə keçid edilir;
· "Şəxsi" kateqoriyası seçilir;
· "Sərhədkeçmə məlumatlarım" bölməsinə klik edilir;
· Əgər müvafiq məlumatlar mövcuddursa, ekranda əks olunur;
· Müvafiq məlumata daxil olmaqla, detallı məlumatlar əldə edilir.
Xidmət vətəndaşın yalnız Azərbaycana giriş və Azərbaycandan çıxış məlumatlarını göstərir. Xarici ölkələrin sərhədkeçmə məlumatları mövcud deyil.
"mygov" mobil tətbiqini yükləmək üçün keçid: App Store | Play Store
Sosial media hesablarını izləmək üçün keçid
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Rəqəmsal islahatların yeni mərhələsi: Yeniliklər vətəndaşa nə verəcək?
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb - YENİLƏNİB













