İsmayıl Bəqai: Hörmüz boğazının ABŞ-yə aidiyyəti yoxdur
Far.Az xəbər saytı

İsmayıl Bəqai: Hörmüz boğazının ABŞ-yə aidiyyəti yoxdur


Hörmüz boğazının ABŞ-yə aidiyyəti yoxdur.

"Report" İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) isatinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai deyib.

"Sahilyanı ölkələr olaraq bizimlə Oman arasında əməkdaşlıq mexanizmi müəyyən edilməlidir", - XİN rəsmisi bildirib və əlavə edib ki, səlahiyyətli qurumlarla danışıqlar aparılır.

Onun sözlərinə görə, İran bu dəniz yolunun beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini dərk edir:

"Beynəlxalq ictimaiyyət bilir ki, güvənsizlik ABŞ-nin və İsrailin hücumları nəticəsində yaranıb. Bizim gördüyümüz işlər sahilyanı ölkələr kimi İran və Omanın milli maraqlarının qorunmasına, eləcə də təhlükəsiz gəmiçiliyin təmin edilməsinə yönəlib. Bu baxımdan, azad ticarəti və dəniz naviqasiyasının təhlükəsizliyini dəyərləndirən bütün ölkələrin bu vəziyyəti anlayacağını gözləyirik".

İ. Bəqai bildirib ki, Hörmüz boğazı məsələsi bu 14 bəndlik memorandumda müzakirə olunacaq mövzulardan biridir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Səlahiyyətli nümayəndə: Naxçıvanda sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb
Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər