2026-cı ilin ən yaxşı orta sinif smartfonları - seçim üçün 6 model
Far.Az xəbər saytı

2026-cı ilin ən yaxşı orta sinif smartfonları - seçim üçün 6 model


2026-cı ilin əvvəlində istehsalçılar hələ yeni modellərini təqdim etməsələr də, bazarda ötən ilin güclü və münasib qiymətli smartfonları aktuallığını qoruyur. Mütəxəssislər orta seqment üçün ən yaxşı 6 modeli seçiblər.

Far.Az xəbər verir ki, siyahıda Poco F8 Pro yüksək performansı ilə seçilir. Snapdragon 8 Elite prosessoru, 120 Hz OLED ekranı və 6210 mA·s batareyası ilə flaqmanlara yaxın imkanlar təqdim edir.

Dizayn və fərdiləşdirmə sevənlər üçün CMF Phone 2 Pro ön plana çıxır. Aksesuar dəstəyi, optik zumlu üçlü kamera və təmiz Android interfeysi ilə diqqət çəkir.

Honor X9d isə 8300 mA·s-lıq güclü batareyası və IP68/IP69K qoruması ilə uzunömürlülük və davamlılıq axtaranlar üçün ideal seçimdir.

Kamera imkanlarına üstünlük verənlər üçün Honor 400 balanslı xüsusiyyətləri və keyfiyyətli əsas kamerası ilə tövsiyə olunur.

Yüksək performans və oyun həvəskarları Tecno Pova 7 Ultra 5G modelinə diqqət yetirə bilərlər. 144 Hz ekran, güclü MediaTek prosessoru və hətta simsiz şarj dəstəyi bu seqment üçün nadir üstünlüklərdir.

Stabil və etibarlı seçim axtaranlar üçün isə Samsung Galaxy A56 gündəlik istifadə rahatlığı, IP67 qoruması və Galaxy AI funksiyaları ilə fərqlənir.

Bu modellər qiymət-keyfiyyət balansına görə 2026-cı ilin əvvəlində orta sinif smartfon bazarında ən çox tövsiyə olunan cihazlar sırasında yer alır.

Oxşar xəbərlər

8300 mAh batareyaya malik, sarsılmaz HONOR X9d artıq satışdadır
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır
HONOR süni zəka əsaslı ekosistemə keçid strategiyasını təqdim edib
"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər