KOBİA: Sahibkarlar üçün daha 9 istiqamət üzrə daxili bazar araşdırması aparılıb
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə sahibkarlar üçün bazarın tələbatına uyğun olaraq 9 istiqamət üzrə daxili bazar araşdırmaları aparılıb.
Bu barədə "Far.Az"a KOBİA-dan məlumat verilib.
Araşdırmalar bulqur və mərci, mebel üçün metal və plastik aksesuarlar və mexanizmlər, tikinti və qida məhsullarının qablaşdırılmasında istifadə olunan dəmir qutuların, həmçinin süd və şirə məhsullarının qablaşdırılması üçün karton qutuların istehsalı sahələrini əhatə edir.
Bundan başqa, araşdırmalar velosiped hissələrinin, tikinti üçün izolyasiya məhsullarının, strafor (EPS – genişlənmiş polistirol), kalsium-karbonat emalı və yerfındığı məhsullarının istehsalını əhatə edəcək.
Bu sahələrdə məhsul və xidmətlər yaratmaq, eləcə də fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın www.smb.gov.az internet saytına daxil olaraq müvafiq bazar araşdırmaları ilə tanış ola bilərlər.
Qeyd edək ki, daxili bazar araşdırması mexanizmi üzrə dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. Daxili bazar araşdırması sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü əsasında aparılır. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən ödənilir. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği maksimum 20 min manatdır.
Sahibkarların müraciəti əsasında daxili bazar araşdırmasının aparılması KOBİA-nın sifarişi ilə "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq, tender yolu ilə həyata keçirilir. Sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını dolduraraq Agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər. Agentliyin təşəbbüsü ilə aparılan daxili bazar araşdırmaları isə sahibkarlar arasında keçirilmiş sorğuların nəticələrinə, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş sənədlərə əsaslanaraq müəyyən edilir.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Nazirlik mebel sexinin fəaliyyətini dayandırdı
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













