Aİ Rodriqesi legitim lider kimi tanımır, lakin onunla qarşılıqlı əlaqəyə hazırdır
Avropa İttifaqı (Aİ) Venesuelanın yeni hakimiyyəti ilə - dünən and içmiş, prezident vəzifəsini icra edən Delsi Rodriqes ilə əlaqələri saxlamaq niyyətindədir.
"Far.Az"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.
Bundan əlavə, o vurğulayıb ki, Aİ Delsi Rodriqesi və Nikolas Maduronu demokratik seçilmiş legitim ölkə rəhbəri hesab etmir.
"Bununla belə, biz öz maraqlarımızı qorumaq və prinsiplərimizi müdafiə etmək üçün Venesuela hakimiyyəti ilə məqsədyönlü dialoq aparacağıq", - A.Hipper bəyan edib.
O, həmçinin qeyd edib ki, Venesuelanın indiki hakimiyyəti "xalqın demokratik dəyişikliklərə olan iradəsi nəzərə alınmadan keçirilmiş seçki prosesi" nəticəsində mandat alıb. Bu baxımdan, ölkənin gələcəyi müxalifətin iştirakı ilə demokratik keçidə aparan inklüziv dialoq əsasında qurulmalıdır.
Aİ nümayəndəsi Delsi Rodriqeslə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edən ABŞ-nin mövqeyi ilə ziddiyyəti şərh etməyib, həmçinin bunun Brüssel və Vaşinqton arasında Venesuela məsələsi ilə bağlı münasibətlərə necə təsir edə biləcəyini dəqiqləşdirməyib.
D.Rodriqesə qarşı sanksiyaların mümkün yenidən baxılmasından danışarkən Anita Hipper vurğulayıb ki, belə bir qərar Aİ-nin bütün üzv ölkələri ilə birgə qəbul ediləcək.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













