Azərbaycan Premyer Liqası:  "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib
Far.Az xəbər saytı

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib


Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib.

"Report" Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə "ağ-qaralar" “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.

“Qarabağ” klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Neftçi” - “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” - “Neftçi” matçının yerini dəyişdirib. Qarşılaşma sentyabrın 20-də saat 20:00-da "Azərsun Arena"da reallaşacaq

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqası: Bu gün VI turun daha iki oyunu keçiriləcək
Azərbaycan Premyer Liqası: "Zirə" - "Neftçi" oyununun hakimləri açıqlanıb
Azərbaycan Premyer Liqasında VII turun oyun cədvəli açıqlanıb
PFL rəsmisi Millətlər Liqasının oyununa təyinat alıb
UEFA Millətlər Liqası: Bu gün 9 oyun baş tutacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər