İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görülüb
İcbari Sığorta Bürosu ISO (International Organization for Standardization) beynəlxalq standartları üzrə beynəlxalq sertifikatlara layiq görülüb.
ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi və ISO/IEC 27001:2022 İnformasiya təhlükəsizliyi idarəetmə sistemləri üzrə əldə olunan sertifikatlar ISO standartının tələblərinə uyğunluğu qiymətləndirmək məqsədilə aparılmış auditin nəticələri əsasında verilib.
Büronun fəaliyyəti qiymətləndirilərkən 3 əsas istiqamət müəyyən edilib:
· İcbari sığorta sektoru üçün mərkəzləşdirilmiş informasiya idarəetmə platformasının və rəqəmsal həllərin təmin edilməsi,
· Kompensasiya və subroqasiya fəaliyyətinin Qarantiya fondu çərçivəsində idarə olunması,
· Yaşıl kart sığortası əməliyyatlarının "Yaşıl Kart" Beynəlxalq Sığorta Sistemi çərçivəsində koordinasiyası.
ISO 9001:2015 standartı təşkilatlarda xidmət və proseslərin müştəri tələblərinə uyğun, ardıcıl və ölçülə bilən şəkildə idarə olunmasını təmin edən beynəlxalq keyfiyyət idarəetmə çərçivəsidir. Bu standart proses yanaşmasının tətbiqini, risklərin və imkanların müəyyən edilməsini, ölçmə və davamlı təkmilləşdirməni təşviq edir. ISO 9001-in tətbiqi nəticəsində təşkilatın idarəetmə səviyyəsi yüksəlir, daxili proseslər optimallaşdırılır və maraqlı tərəflərin məmnunluğu təmin olunur
ISO/IEC 27001:2022 standartı isə informasiya resurslarının məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunmasını təmin etmək məqsədilə riskəsaslı yanaşma üzərində qurulmuş beynəlxalq informasiya təhlükəsizliyi idarəetmə sistemidir. Standart informasiya təhlükəsizliyi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və uyğun nəzarət mexanizmlərinin tətbiqini tələb edir. ISO/IEC 27001-in tətbiqi kibertəhlükələrə qarşı davamlılığın artırılmasına, məlumatların qorunmasına və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsinə imkan yaradır.
ISO beynəlxalq standartlarını hazırda dünyada bir sıra mütərəqqi təşkilatlar və qurumlar tətbiq edir. İcbari Sığorta Bürosunda ISO beynəlxalq standartlarınının tətbiqi "2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası"ndan irəli gələn əsas vəzifələrdən biridir. Büro beynəlxalq standartların tətbiqi istiqamətində fəaliyyətini gələcəkdə də davam etdirəcək.
Oxşar xəbərlər
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













