Dələduzluqda şübhəli bilinən SMM saxlanılıb
Far.Az xəbər saytı

Dələduzluqda şübhəli bilinən SMM saxlanılıb


Özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağaza və obyekt sahiblərinə qarşı dələduzluq etməkdə şübhəli bilinən 26 yaşlı Aysu Hüseynova saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o, həmin məkanların sosial şəbəkədə reklamlarını təşkil edəcəyi barədə yalan vədlər verib və bu yolla zərərçəkənlərin 16 min manatdan çox pulunu ələ keçirib.

Daha sonra A.Hüseynova üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, onlarla əlaqəni kəsib. Araşdırmalarla saxlanılan şəxsin bu üsulla ümumilikdə 13 nəfəri aldatdığı müəyyən edilib.

Vətəndaşlardan daxil olan şikayətlərlə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər