UEFA "Bavariya"ya tribuna bağlamaq cəzası verib
Far.Az xəbər saytı

UEFA "Bavariya"ya tribuna bağlamaq cəzası verib


UEFA İntizam Komitəsi Almaniyanın "Bavariya" klubuna tribuna bağlamaq cəzası verib.

"Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bundesliqa təmsilçisinin cəzalanmasına ötən ilin dekabr ayında UEFA Çempionlar Liqasında "Sportinq"ə (Portuqaliya) qarşı keçirilən ev oyununda azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

Qərara əsasən, "Bavariya"nın ev oyunlarını keçirdiyi "Allians Arena" stadionunun Cənub tribunası Çempionlar Liqasında "Yunion"a (Belçika) qarşı növbəti matçda azarkeşlər üçün bağlı olacaq.

Bundan əlavə, klub 50 min avro məbləğində cərimələnib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər