Tramp Senatın Venesuela ilə bağlı qətnaməsini qeyri-qanuni hesab edib - YENİLƏNİB
ABŞ Prezidenti Donald Tramp Senatın Venesuelaya qarşı güc tətbiq etməməyi tələb edən qətnaməni Konqresin razılığı olmadan irəli sürməsini konstitusiyaya zidd adlandırıb.
"Far.Az" xəbər verir ki, o, bununla bağlı "Truth Social"da paylaşım edib.
"Respublikaçılar partiyası demokratlarla birgə bu qətnamə üzərində işin davam etdirilməsinə səs verən senatorlardan utanmalıdır" , - Tramp bildirib.
"Bu səsvermə ABŞ-nin özünümüdafiəsini və milli təhlükəsizliyini əhəmiyyətli dərəcədə zəiflədir, həmçinin prezidentin Ali Baş Komandan kimi fəaliyyətinə maneə yaradır", - Tramp qeyd edib. Onun sözlərinə görə, qətnamə konstitusiyanın ikinci maddəsini pozur. "Buna baxmayaraq, növbəti həftə Senatda bu məsələ ilə bağlı daha vacib səsvermə keçiriləcək", - Tramp əlavə edib, lakin konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.
ABŞ Senatı Prezident Donald Trampın Venesuelaya qarşı növbəti hərbi əməliyyatlar həyata keçirməsini qadağan edən qətnaməni Konqresin təsdiqi olmadan səsverməyə çıxarıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Sənədin lehinə 52 senator səs verib, 47 nəfər isə əleyhinə çıxıb.
Qeyd edək ki, səsvermə ABŞ hərbçilərinin Karakasda hərbi əməliyyat keçirərək Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirməsindən bir neçə gün sonra baş tutub. 2025-ci ildə iki oxşar qətnamənin irəli sürülməsi cəhdi Senatda Trampın tərəfdarları tərəfindən bloklanıb.
Birgə qətnamə Virciniya ştatından demokrat Tim Keyn, Kentukki ştatından respublikaçı Rend Pol və Kaliforniya ştatından demokrat Adam Şiff, həmçinin Senatda demokrat azlığın lideri Çak Şumer tərəfindən hazırlanıb. Qətnamə Konqres tərəfindən təsdiq edilmədiyi təqdirdə ABŞ Silahlı Qüvvələrinin Venesuela ərazisində və ya ona qarşı hərbi əməliyyatlarda iştirakının qarşısını almağa yönəlib.
Qətnamədə vurğulanıb ki, ABŞ-də yalnız qanunvericilik orqanının müharibə elan etmək səlahiyyəti var.
Birgə qətnamə Konqresin hər iki palatası və Prezident tərəfindən sənədin təsdiqlənməsini tələb edir, bundan sonra o, qanuna çevriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













