Sakinlər təşvişdə: "Qoxudan nəfəs almaq mümkün deyil"
Sabunçu rayonu, Zabrat-2 qəsəbəsinin Köhnə Tramvay küçəsində yaşayan sakinlər zibil və kanalizasiya problemindən şikayət edirlər.
Onların sözlərinə görə, ərazidə zibil konteynerlərinin sayı azdır, mövcud qablar isə yararsız vəziyyətdədir. Tullantıların vaxtında daşınmaması nəticəsində ətrafa kəskin qoxu yayılır.
Baku TV-yə danışan sakinlər bəzən ərazini özləri təmizləməyə məcbur qaldıqlarını bildirirlər.
Kanalizasiya sisteminin olmaması vəziyyəti daha da ağırlaşdırır. Çirkab sularının həyətlərə və evlərə dolduğu qeyd olunur.
"Burada kanalizasiya yoxdur. Zibil qabları da yararsızdır. Qoxudan nəfəs almaq mümkün deyil. Dəfələrlə müraciət etmişik, amma nəticə yoxdur", - deyə sakinlərdən biri narazılığını ifadə edib.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, yararsız konteynerlərin dəyişdirilməsi və əraziyə yeni zibil qablarının əlavə olunması nəzərdə tutulur. Tullantıların gündəlik qrafiklə daşındığı və sanitar vəziyyətin nəzarətdə saxlanıldığı qeyd olunub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdur. Mövcud xətlər əhali tərəfindən çəkilib və hazırda işlək vəziyyətdədir. Yeni şəbəkənin qurulması üçün layihə sənədlərinin hazırlandığı vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Konfrans Liqası: "Neftçi" və "Dinamo"nun start heyətləri açıqlandı
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub
-
Bakıda dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
-
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununda üçüncü qol vurulub
-
İş adamı Zirə sakininin atasından qalma 12 hektar torpağını əlindən alıb?













