Latviya Rusiyaya etiraz notası təqdim edib
Latviya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Latviyanın xarici siyasət idarəsinin bəyanatında bildirilib.
Diplomatın çağırılmasına səbəb Ukraynanın Slavyansk şəhərinə endirilən və Latviyanın fəxri konsulluğunun binasının zədələnməsi ilə nəticələnən Rusiya zərbəsidir.
Latviya Xarici İşlər Nazirliyindən bildirilib ki, hücum nəticəsində Latviyanın Slavyanskdakı fəxri konsulu Aleksandr Pavenko xəsarət almayıb, lakin konsulluğun iki əməkdaşı yaralanıb.
Qurum həmçinin məlumat verib ki, Rusiya diplomatına etiraz notası təqdim edilib.
"Latviya Slavyansk şəhərinə hücuma və ölkənin fəxri konsulluğu binasının dağıdılmasına görə Rusiyanı qəti şəkildə pisləyir", - bəyanatda bildirilib.
Daha əvvəl bildirilmişdi ki, Rusiyanın Slavyanska endirdiyi zərbə nəticəsində Latviyanın fəxri konsulluğu zədələnib.
Oxşar xəbərlər
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
-
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
-
Hindistan, Pakistan və Əfqanıstanda daşqınlar 82 nəfərin həyatına son qoyub













