Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 2 %-ə yaxın artırıb
2025-ci ildə Azərbaycan Türkiyədən 94,95 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,5 % çoxdur.
Təkcə dekabrda isə Türkiyə Azərbaycana 12,262 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,8 % çoxdur.
Ötən il Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 11,6 % artaraq 41 milyard 521 milyon ABŞ dollarına, dekabrda isə 8 % artaraq 3,761 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 6 milyard 611,619 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 36,1 % çox), Fransa 5 milyard 088,22 milyon ABŞ dolları (16,8 % çox) və Böyük Britaniya 4 milyard 218,01 milyon ABŞ dolları (1,2 % çox) dəyərində həyata keçirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti mərhələyə yüksəlib
-
"Bloomberg": Amerikalıların əksəriyyəti süni intellekt data mərkəzlərinin tikintisinin əleyhinədir
-
Azərbaycanda güclü sellərə nə dərəcədə hazırıq? - FOTO
-
İranda neft tanker partlayıb, on nəfər ölüb
-
Dominikanın nümayəndəsi "Miss Dünya – 2026" seçilib
-
İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb













