İranda internet kəsilməsi və rabitə fasilələri genişlənib
Far.Az xəbər saytı

İranda internet kəsilməsi və rabitə fasilələri genişlənib


İran hakimiyyəti rəqəmsal alətlərdən istifadə edərək əhalisinə qarşı təzyiq göstərir, ölkədə internet və rabitə sistemində ciddi problemlər müşahidə olunur.

Far.Az xəbər verir ki, "NetBlocks" təşkilatının baş direktoru Alp Toker bildirib ki, hazırkı fasilələr İran tarixində ən böyük internet kəsilməsi kimi qeydə alınıb. Hazırda ölkədə internet bağlantısı 2%-dən də aşağıdır.

Toker əlavə edib ki, bu kəsilmə yalnız interneti əhatə etmir, həmçinin mobil telefonlar, kompüterlər və digər rabitə vasitələri ilə həyata keçirilən bütün xidmətlərə təsir göstərib. Banklar və həyati vacib müəssisələr də bu fasilədən ziyan görüb, daxili kommunikasiya ciddi şəkildə məhdudlaşıb. Nəticədə əhali xarici dünya ilə əlaqə saxlaya bilmir.

Ekspertin sözlərinə görə, bu vəziyyət bir neçə həftə davam edə bilər, çünki hakimiyyət törədilən cinayətləri gizlətmək üçün interneti nəzarət altında saxlayır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər